• Gürzə resepti

Reseptin məlumatları Baxış sayı: 107 792

Tarix : 26-08-2015, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkib:
Qoyun əti (mal əti və ya dana əti ) – 500 q,
Baş soğan – 3 baş,
Quyruq – 100 q (xoşlayanlar üçün),
Şüyüd – 1 dəstə,
Sarımsaqlı qatıq sousu – zövqə görə.

Xəmir üçün:
Un – 500 q,
Yumurta – 1 ədəd,
Su – 2-2½stəkan,
Bir çimdik duz,

Hazırlanması:
Gürzə hazırlamaq üçün əti, soğanı və quyruğu ət maşınından keçirib qiymə hazırlayın.

Bundan sonra qiyməyə duz və istiot qataraq yağda qızardın.

Sonra bərk xəmir yoğrun.

1 mm nazikliyində yayıb stəkanın ağzı ilə dairələr kəsin.

Hər dairənin ortasına qiymə qoyub, hər iki tərəfi bir-birinin üstünə gətirilməklə ilanvari bağlayın və bir tərəfindən balaca deşik saxlayın.

Gürzələri ya ət suyuna, ya da duzlu qaynar suya töküb 5-10 dəqiqə bişirin (gürzələr suyun üzərinə çıxana qədər). Hazır gürzələri kəfkirlə sudan çıxarın və nimçəyə yığın . Üstündən sarımsaqlı qatıq, yaxud pomidor qızartması töküb narın doğranmış şüyüd səpin.

Boşqaba bir-iki qaşıq gürzənin bulyonundan da tökmək olar. Gürzələri qızartmaq da olar.

Gürzə isti halda servis edilir.

Nuş olsun!
Etiketlər: Gürzə, qiymə, qatıq, hazırlamaq, Gürzələri, töküb, suyun, gürzələr, çıxana, gürzələri, kəfkirlə, Hazır, qədər, bişirin, üzərinə, qaynar, tərəfindən, bağlayın, ilanvari, balaca
BİZİ İZLƏYİN