• Sucuqlu yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 15 939

Tarix : 16-04-2016, 15:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 1-2


Tərkibi:
1/4 sucuq
2 ədəd yumurta
su

Hazırlanması:
Sucuqları halqa şəklində doğrayıb tavaya səliqə ilə düzün.

Sonra sucuqların üzərini örtəcək qədər su qoyun və ocağı yandırın.

Sucuqlar burada suyu özüə çəkib yumşaldığı müddətdə siz yumurtaların ağı ilə sarısını bir – birindən ayırın.

Suyu cəkən sucuqların əvvəlcə bir tərəfini, sonra isə o biri tərəfini yüngülcə qızardın.

Yumurtaların əvvəlcədən ayırdığınız ağını sucuqların üzərinə əlaə edin və tavanın qapağını örtün.

Sucuğun üzərindəki yumurtanın ağı bişmək üzrəykən əvvəlcədən ayırdığınız yumurtaların sarısını da buraya əlavə edirik.

Yumurtanın sarısı da çox qısa müddət bişdikdən sonra sucuqlu yumurta hazırdır.

Yeməyimisi süfrəyə vermək olar.

Nuş olsun!
Etiketlər: yumurta, sucuqların, yumurtaların, əvvəlcədən, ayırdığınız, sarısını, sucuqlu, sonra, tərəfini, tavanın, qapağını, örtün, üzərinə, qızardın, yüngülcə, Sucuğun, Yumurtaların, ağını, yumurtanın, bişdikdən
BİZİ İZLƏYİN