• Qırmızı ət və səbzəli diyet yeməyi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 742

Tarix : 1-12-2015, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Pəhriz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
350-400 qram yağsız dana əti
2 ədəd böyük badımcan
2 ədəd yaşıl qabaq
2 ədəd prasa
1 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
3 qaşıq maye yağ
1 kiçik qaşıq istiot
1 kiçik qayıq kəkotu qurusu
pul bibər (istəyə görə)
2 diş sarımsaq (istəyə görə)

Hazırlanması:
Yeməyi hazırlanma əvvəlcə ətləri yuyun, suyunu süzün və istədiyiniz kimi doğrayın. Sonra təzyiqli qazana yerləşdirin, üzərinə 1 qaşıq maye yağ, bir çimdik duz və biraz istiot, pul bibər vurun.
Səbzələrin hamısını yaxşıca yuyun, uzunlamasına doğrayın və qazandakı ətin üzərinə düzün. Bunların da üzərindən maye yağ, duz və ədviyyatları əlavə edin. Doğranmış ət tikələri qazanın alt hissəsində qalacaq şəkildə qarışdırın. Qazanı ocağın böyük gözünə yerləşdirin. Təzyiqli qazanın qapağını bağlayın. Ocaqda qazın səviyyəsini tam artçırın. İsinib buxar çıxmağa başladıqdan sonra ocağın temperaturunu azaldın və vam odda qırmızı ət və səbzəli diyet yeməyi 25 dəqiqə bişirin. Sonra ocağın üzərindən götürün.
Yemək biraz dincəldikdən sonra isti – isti servis edin.

Qırmızı ət və səbzəli diyet yeməyi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bibər, qaşıq, ocağın, yeməyi, diyet, səbzəli, yuyun, istəyə, hazırlanma, doğrayın, üzərinə, qazanın, sonra, üzərindən, istiot, yerləşdirin, Sonra, biraz, qırmızı, böyük
BİZİ İZLƏYİN