Tərkibi:100 qr qızıl balıq
20 qr müxtəlif göyərtilər
2 x/q zeytun yağı
1 ç/q limon şirəsi
bir çimdik duz
bir çimdik istiot
Hazırlanması:Olduqca dadlı olan bu yemək nəinki qızıl balıq və ya alabalıqla, həmçinin sadə balıqlarla da çox dadlı alınar.
1. Göyərtilər yuyulur və qurudulur (burada: cəfəri yarpaqları, göy soğan, rukkola-"əkin indausu"). Göyərtiləri öz zövqünüzə görə seçə bilərsiniz: keşniş, şüyüd, ispanaq və s.
2. Balığın hissəsi yaxşıca duzlanır və istiotlanır. Buxarda hazırlama tavasına ilk öncə göyərtilər əlavə edilir, onların üzərinə isə balıq.
3. Və buxarda 10-15 dəqiqə bişirilir, əsas odur ki balığı qurutmayasınız. Bu arada sous hazırlanır. Bunun üçün zeytun yağı ilə limon şirəsi qarışdırılır.
4. Süfrəyə verildikdə boşqaba göyərti əlavə edilir, üzərinə balıq qoyulur və hazırlanan limonlu sous ilə səpilir.
Nuş olsun!
Etiketlər: balıq, şirəsi, çimdik, qızıl, limon, zeytun, əlavə, edilir, buxarda, dadlı, üzərinə, göyərtilər, onların, dəqiqə, bişirilir, yaxşıca, hissəsi, Balığın, ispanaq, duzlanır