• Sobada tərəvəzli toyuq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26 250

Tarix : 7-10-2015, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi
1 ədəd toyuq
3-4 ədəd baş soğan
4-5 ədəd kartof
2 ədəd bolqar bibəri
6 ədəd badımcan
5 diş sarımsaq
4 ədəd pomidor
duz
istiot
razyana
keşniş toxumu
toyuq bulyonu
3-4 x/q əridilmiş yağ

Hazırlanması:
1. Lazım olan tərəvəzlər və ədviyyatlar hazırlanır.
2. Toyuq yuyulur, qurudulur və 4 yerə kəsilir. Hissələr duzlanır, ətirli istiot və ədviyyatlar vurulur. Reseptdə 1 ç/q razyana və 1 ç/q keşniş toxumu qəhvəüyüdəndən keçirdilərək istifadə edilib.
Tavanın dibinə doğranmış soğan, üzərinə toyuq hissələri düzülür.
3. Kartof yuyulur, təmizlənir və iri hissələrə doğranılır. Toyuq əti kimi, kartoflarda duzlanır və ədviyyatlarla səpilir.
4. Doğranmış sarımsaq əlavə edilir. Ardınca kubik formasında doğranmış bibər və badımcan ədviyyatlarla səpilib tavaya əlavə edilir.
5. Üstdən dairəvi formada doğranmış pomidor dilimləri düzülür, bir qədər sarımsaq və bir çömçə toyuq bulyonu əlavə edilir.
6. Əvvəlcədən 200-220°C temperaturunda qızdırılmış sobada 1,5 saatlıq bişirilir.
7. Bu müddət ərzində tərəvəzlər tam hazır olacaq və toyuq hissələri qızaracaq. Artıq isti-isti süfrəyə vermək olar.

Sobada tərəvəzli toyuq resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: toyuq, doğranmış, edilir, sarımsaq, əlavə, ədviyyatlar, keşniş, bulyonu, Toyuq, toxumu, duzlanır, ədviyyatlarla, düzülür, hissələri, razyana, yuyulur, tərəvəzlər, soğan, istifadə, istiot
BİZİ İZLƏYİN