• Toyuq ətindən xolodes resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 903

Tarix : 16-01-2016, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi:
1 kq toyuq boğazı
1 ədəd baş soğan
3-4 ədəd dəfnə yarpağı
2-3 diş sarımsaq
5-7 ədəd qara istiot (noxudlar)
duz
1,5 x/q jelatin

Hazırlanması:
Xolodes (rusca "холодец") — soyudulmuş ətli bulyondan hazırlanan yeməkdir. Xolodes əsasən qoyun və ya mal baş-ayağından hazırlanır. Lakin bu yeməyi həmçinin toyuq bulyonundan da hazırlayırlar.

1. İnqredientlər.
2. Toyuq boğazları yaxşı yuyulur və qazana yerləşdirilir. Üzərinə su dolduraraq qaynadılır. Su qaynadıqda üzərinin köpükləri götürülür, qazın odu azaldılır. Qazana qabığı soyulmuş baş soğan, qara istiot və dəfnə yarpaqları əlavə edilir.
3. Təqribən 3-4 saat az odda bişirilir. Sonda duz əlavə edilir.
4. Boğazlar bulyondan çıxarılır.
5. Boğazlar bir qədər soyuyandan sonra ətləri sümükdən ayrılır. Sarımsaqlar xırda doğranılır. Jelatin isti su ilə qarışdırılır.
6. Ətlər boşqaba yerləşdirilir, üzərinə jelatinlə qarışdırılmış bulyon əlavə edilir.
7. Boşqabın qapağı bağlanıb soyuducuya yerləşdirilir. Təqribən 1 gun (və ya bir neçə saat) soyuducuda qalandan sonra xolodes hazır olur.
8. Süfrəyə verərkən yanında zövqə görə göyərti, xardal verilə bilər və ya daha yaxşı qara çörəklə soyutma kartof.

Toyuq ətindən xolodes resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: yerləşdirilir, edilir, toyuq, əlavə, istiot, Xolodes, bulyondan, dəfnə, yaxşı, sonra, Boğazlar, Təqribən, soğan, xırda, doğranılır, Jelatin, boşqaba, Ətlər, qarışdırılır, bişirilir
BİZİ İZLƏYİN