• Steyk Ribay resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 35 116

Tarix : 12-02-2016, 10:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd ribay (malın qabırğa hissəsinin ət parçası)
duz
istiot
sarımsaq
10 qr zeytun yağı

Hazırlanması:
Hər kəsin bildiyi bifşteks və langet - steyk növləridir. Steyk ingilis dilindən tərcümədə "steak" - hissə deməkdir, beləliklə bifşteks ingiliscə "beef" (mal) və "steaks" (hissələr)) mənasındadır. Ribay (ing."ribeye") - heyvanın qabırğa hissəsindən çıxarılan ət parçasıdır. Ribaydan hazırlanan steyk olduqca dadlı və ləzzətli olur, əsas isə onu düzgün hazırlamaqdır.

1. İnqredientlər.
2. Tava maksimum dərəcədə qızdırılır. Xüsusi manqalvari dibi olan tava ilə steyk daha gözəl alınır.
3. Tava qızarkən, ət iki tərəfli mətbəx çəkici ilə yüngülcə vurulur.
4. Sonra ətə hər tərəfli əzilmiş sarımsaq çəkilir, duz və istiot vurulur.
5. Ardınca ətlər qaynar tavada iki tərəfli qızardılır. Adi tavada ətin hər tərəfinə 40 saniyə vaxt ayırmaq olar. Qızartma zamanı ət tərpədilmir.
6. O birisi üzünə çevirib yenidən 40 saniyə qızardırıq.
7. Sonra steyklər çıxarılıb boşqaba əlavə edilir. Hərəsinin üzərinə 5-7 qr kərə yağı, yanına isə zövqə görə bir dəstə tərxun qoyulur. Boşqab folqa (və ya digər qabla) bağlanıb 10 dəqiqə saxlanılır.
8. Süfrəyə verərkən yanında qarnir kimi qızardılmış kartof və kahı vermək olar.

Steyk Ribay resepti - FOTO RESEPT

Steyk Ribay resepti - FOTO RESEPT

Steyk Ribay resepti - FOTO RESEPT

Steyk Ribay resepti - FOTO RESEPT

Steyk Ribay resepti - FOTO RESEPT

Steyk Ribay resepti - FOTO RESEPT

Steyk Ribay resepti - FOTO RESEPT

Steyk Ribay resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: steyk, tərəfli, istiot, sarımsaq, bifşteks, qabırğa, saniyə, tavada, Sonra, vurulur, üzünə, birisi, tərpədilmir, zamanı, çevirib, mətbəx, yenidən, steyklər, Qızartma, qızardırıq
BİZİ İZLƏYİN