• Kişmişli şirin plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29 435

Tarix : 21-02-2016, 15:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi:
2 stəkan düyü
1 stəkan kişmiş
əridilmiş yağ

Hazırlanması:
Saytımızda müxtəlif növ plovlar haqqında yazmışıq. Demək olar ki reseptlərin hamısında düyünün hazırlanma mərhələsi eynidir, ona görə bu reseptdə düyünün necə bişirib süzülməsi haqqında ətraflı yazılmayıb.

1. Kişmiş soyuq su ilə yuyulandan sonra üzərindən qaynar su axıdılır.
2. Sonra plov hazırlanır: düyü bişirilir, süzgəcdən keçirilir və qaynar su ilə yuyulur. Eyni zamanda müəyyən miqdarda yağ əridilir. İndi lazım olan bütün komponentlər hazırdır.
3. Düyü bişən qazanın dibinə əridilmiş yağın bir hissəsi tökülür onun da üzərinə bir qədər hazır düyü əlavə edilir.
4. Düyünün üzərinə yuyulmuş və pörtləmiş kişmiş əlavə edilir.
5. Bu proses yenidən təkrarlanır: yağ əlavə edilir, uzərinə düyü və kişmiş.
6. Sonra qazanın qapağı bağlanılıb az odda 5-10 dəqiqə saxlanılır. Nəticədə dadlı kişmişli plov hazırdır.
7. Zoğal kompotu ilə plov çox dadlı alınır.

Kişmişli şirin plov resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, kişmiş, edilir, haqqında, üzərinə, qazanın, Sonra, hazırdır, qaynar, əridilmiş, düyünün, dadlı, stəkan, dibinə, Zoğal, bişən, yağın, tökülür, hissəsi, kompotu
BİZİ İZLƏYİN