• Sarımsaqlı toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 22 537

Tarix : 12-06-2014, 19:59

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd böyük ölçülü toyuq
15 ədəd təzə kartof
8 ədəd orta ölçülü pomidor
6 xörək qaşığı maye yağı
20 diş sarmısaq
1 dəstə cəfəri
½ dəstə təzə nanə
4 ədəd adaçayı yarpağı
1 xörək qaşığı təzə bibəriyə
1 çay qaşığı quru yaşıl nanə
1 çay qaşığı istiot
1 çay qaşığı duz

Hazırlanması:
Toyuğu yuyub qurulayın və üzərinə duzunu, istiotunu səpin. Ada çaylarını toyuğun sinə dərisinin altına yerləşdirib qalan göyərtini da incə doğrayıb və toyuğun içinə qoyun. Hazırladığınız toyuq budlarını mətbəx ipliyi ilə bir-birinə bağlayın və sobanızı 175 dərəcəyə nizamlayın. Daha sonra maye yağı böyük bir qazanda yaxşıca istilədin və toyuğu yağda çevirərək qızardın. Sarımsağı diş-diş ayırıb soymadan toyuğun ətrafına yerləşdirin. Quru nanə və varsa bibəriyyəylə toyuğu ləzzətləndirin. Qazanın qapağını bağlanın və 175 dərəcəyə nizamlayıb istilətdiyiniz sobanın 2-ci gözündə, 1 saat 30 dəqiqə bişirin. Qazanı sobaya qoyacağınız üçün qulplarının istiliyə dayanıqlı olmasına diqqət yetirin. Deyilsə alüminium folyo ilə yaxşıca sarıyın. Son olaraq, kartofları yuyub, duzlu suda diri qalacaq şəkildə qaynadın və qabıqlarını soyun. Toyuğun bişmə müddətinin son 15 dəqiqəsində diri bişirdiyiniz kartofları və ortadan dördə böldüyünüz pomidorları da toyuğunuza əlavə edin.
İstəsəniz bütün halında ya da parçalayaraq servisə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, toyuğun, dəstə, yuyub, yaxşıca, dərəcəyə, böyük, xörək, ölçülü, toyuq, toyuğu, kartofları, diqqət, dayanıqlı, olmasına, alüminium, olaraq, sarıyın, folyo, Deyilsə
BİZİ İZLƏYİN