• Ətli qarabaşaq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 54 880

Tarix : 8-03-2016, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr qarabaşaq
300 qr mal əti
2 ədəd soğan
2 ədəd pomidor
kərə yağı
sarıkök
duz

Hazırlanması:
1. Qarabaşaq təmizlənir, suda yuyulur. Təmizlənmiş qarabaşaq qazana tökülür və 1 qaşıq kərə yağı tökülüb 5 dəqiqə qızardılır.
2. Biraz qızardıqdan sonra qarabaşağın üzərini bağlayacaq qədər qaynar su tökülür,duz vurulur və qazanın qapağı bağlanılır. Aşağı istilikdə qarabaşaq yumuşalana kimi bişirilir.Hazır olduqda qazdan götürülür.
3. Ət kub şəklində doğranılır.
4. Ət yuyulur üzərinə su əlavə edilir və bişənə kimi qaynadılır.
5. Soğan təmizlənir, yağda biraz qızardılır.Qızardıqdan sonra üzərinə kub şəklində doğranmış pomidor əlavə olunur və bişirilir.
6. Ət tam bişdikdə suyu süzülür (suyu atılmır) və soğana əlavə olur qızardılır.
7. Ətin suyu soğanlı qarışığa əlavə olur, duz vurulur 15 dəqiqə bişirilir.
8. Süfrəyə verilərkən qarabaşağın üstünə ətli-soğanlı qarışığdan qoyulur.

Ətli qarabaşaq resepti - FOTO RESEPT

Ətli qarabaşaq resepti - FOTO RESEPT

Ətli qarabaşaq resepti - FOTO RESEPT

Ətli qarabaşaq resepti - FOTO RESEPT

Ətli qarabaşaq resepti - FOTO RESEPT

Ətli qarabaşaq resepti - FOTO RESEPT

Ətli qarabaşaq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qızardılır, bişirilir, qarabaşaq, sonra, soğanlı, təmizlənir, yuyulur, vurulur, pomidor, qarabaşağın, tökülür, şəklində, dəqiqə, üzərinə, Soğan, yağda, edilir, qazdan, götürülür
BİZİ İZLƏYİN