• Çəhrayı plov resepti

Reseptin məlumatları Baxış sayı: 18 573

Tarix : 12-06-2014, 20:28

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
4 ədəd çuğundur
2 su stəkanı düyü
2 xörək qaşığı kərə yağı
1 ədəd qənd
1 çay qaşığı sirkə
1 çay qaşığı duz

Hazırlanması:
Düyünü ilıq duzlu suda 1 saat gözlədin. Çuğundurların qabığını soyub yuyun.
Qazana qənd, sirkə və 2 stəkan su əlavə edib çuğundurları 20 dəqiqə qaynadın.
Çuğundur suyunu tökməməlisiniz. Çuğundurları kub şəklində doğrayıb bu suda gözlədin. Qazanda kərə yağını əridin, düyüləri qarışdıraraq 10 dəqiqə qovurun.
Gözlətdiyiniz çuğundurları suyuyla birlikdə düyüyə əlavə edin. 1 stəkan su və duz qoyub plov suyunu çəkənə qədər bişirin. Plovu 15 dəqiqə istirahət etdirib servis edin.

Nuş olsun!
Etiketlər: dəqiqə, qaşığı, stəkan, suyunu, çuğundurları, sirkə, gözlədin, əlavə, suyuyla, qovurun, əridin, düyüləri, qarışdıraraq, Gözlətdiyiniz, qoyub, istirahət, etdirib, servis, olsun, Plovu
BİZİ İZLƏYİN