• İçi doldurulmuş göbələk resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 322

Tarix : 16-01-2016, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
20 ədəd iri ağ göbələk (təxminən 700 g)
1 ədəd iri və ya 2 ədəd orta boy badımcan
4 xörək qaşığı zeytun yağı
1/2 stəkan xırda-xırda (bir az diri qalsın) doğranmış qoz ləpəsi
1/2 stəkan cəfəri, keşniş və şüyüd qarışığı
zövgə görə duz
zövgə görə istiot
Holland pendiri

Hazırlanması:
1. Göbələkləri islak dəsmal və ya salfetkayla təmizləyin. Papaqlarını ayaqlarından ayırın. Ayaqlarını xırda kub şəklində doğrayın.
2. Badımcanın qabığını soyub, kub şəklində doğrayın (1.3 cm). Badımcanın acısını çıxartmaq üçün, onu aşsüzənə yığın və üstünə təxminən 1 xörək qaşığı duz səpin. Üstünə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 15 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun, yaxşıca süzün ve əlinizlə bir az sıxın. Qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın.
3. Tavada zeytun yağını qızdırın. Badımcan kublarını əlavə edib arada qarışdıra-qarışdıra hər tərəfini qızardın. Sonra buraya doğradığınız göbələk saplağını əlavə edin və təxminən 3 dəqiqə ərzində, və yaxud göbələklər bir az yumuşalanadək bişirin. Oddan götürün və bir qaba boşaldın.
4. Sobanı 180Cdək istidin.
5. Badımcan olan qaba doğranmış qoz və göyərtini əlavə edin. Zövgə görə duz və istiot vurun. Əzmədən qarışdırın.
6. Göbələyin papaqlarını soba listinə yerləşdirin. Düzəltdiyiniz qarışığla içlərini doldurun. Üstünə bol-bol rəndələnmiş Holland pendiri səpin. Sobanın orta rəfində təxminən 20 dəqiqə ərzində, və ya göbələklər bir qədər yumuşalana və pendir əriyənə kimi bişirin.

İçi doldurulmuş göbələk resepti - FOTO RESEPT

İçi doldurulmuş göbələk resepti - FOTO RESEPT

İçi doldurulmuş göbələk resepti - FOTO RESEPT

İçi doldurulmuş göbələk resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: təxminən, göbələk, əlavə, dəqiqə, xırda, Sonra, şəklində, səpin, xörək, Badımcanın, doğrayın, alınar, göbələklər, ərzində, qarışdıra, qaşığı, zeytun, qoyun, zövgə, İstiotun
BİZİ İZLƏYİN