• Zeytun pərvərdə resepti

Reseptin məlumatları Baxış sayı: 13 353

Tarix : 26-03-2016, 20:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 stəkan qoz ləpəsi
4 stəkan dənəsiz yaşıl zeytun – yumru-yumru doğrayın
1 ədəd kiçik baş soğan – xırda-xırda doğrayın
1 stəkan nar dənəsi (əgər narın sezonu deyilsə axta albalı ilə əvəz edə bilərsiniz)
2 xörək qaşığı sirkə
2 xörək qaşığı narşərab
3 xörək qaşığı zeytun yağ

Hazırlanması:
Qoz ləpəsini bıçaqla əzərək, iri-iri doğrayın (çox da iri olmasın, amma diri qalsın, bir az da yağı çıxsın). Geri qalan ərzaqları əlavə edib, qarışdırın. Bankaya yığıb soyuducuya qoyun. İstədiyiniz vaxt çıxardıb süfrəyə verin.

Qeyd: ərzaqların miqdarını zövqünüzə görə azaldıb-çoxalda bilərsiniz!

Nuş olsun!
Etiketlər: xörək, qaşığı, zeytun, doğrayın, stəkan, bilərsiniz, yumru, xırda, sirkə, ləpəsini, soğan, narşərab, deyilsə, bıçaqla, narın, sezonu, dənəsi, albalı, qoyun
BİZİ İZLƏYİN