• Lobyalı plov resepti

Reseptin məlumatları Baxış sayı: 63 731

Tarix : 21-10-2015, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. lobya
2,5 st. düyü
1 yumurta
3-4 x.q qatıq
yağ
duz

Hazırlanması:
Əvvəlcə lobya qaynadılır. Sonra düyü qaynadılır. Düyü suya tökülməzdən qabaq suya duz tökülür.Düyü qaynadıqdan sonra biraz dibliyi üçün götürülür. Daha sonra qaynayan düyüynün içərisinə bişmiş lobya suyu ilə birlikdə əlavə olunur. 5- 10 dəqiqə lobya ilə birlikdə qaynadılıb, süzülür. Sonra qazana kərər yağı tökülüb, əridilir. Bir qabda yumurta qatıqla birlikdə yaxşıca çalınır, diblik üçün götürülən düyü ilə qarışdırırlıb, qazana tökülür. Yağla qarışdırılıb, qazanın dibinə yayılır. Sonra süzülən düyü onun üzərinə əlavə olunub dəmə qoyulur.

Nuş olsun!
Etiketlər: lobya, Sonra, birlikdə, qaynadılır, sonra, qazana, yumurta, tökülür, əlavə, diblik, götürülən, qatıqla, əridilir, qabda, qarışdırırlıb, yaxşıca, çalınır, dibinə, üzərinə, olunub
BİZİ İZLƏYİN