• Saciçi toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 19 839

Tarix : 14-02-2016, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd orta ölçülü (təxminən 1.5kq) toyuq əti yaxud da 1 kq doğranmış toyuq əti (qol,qanad,bud,döş əti) (toyuğun gövdəsi bulyon hazırlamaq üçün lazım ola bilər)
Təxminən ½ fincan ərinmiş yağ – ( yağın yanmaması üçün ərinməmiş duzsuz kərə yağına bir neçə qaşıq duru yağ əlavə edərək də istifadə etmək olar).
2 ədəd orta ölçülü kartof – soyulub,orta qalınlıqda uzununa doğranılır
2 ədəd orta ölçülü yaşıl bolqar bibəri (zövqə görə qırmızı bibər də əlavə etmək olar) – təmizlənib,uzununa 4 hissəyə bölünür.
Bir ovuc ağ göbələk- yuyulub-təmizlənir, yarıya bölünür. Böyükdürsə 3 hissəyə bölünür.
2 ədəd orta ölçülü badımcan – orta qalınlıqda,uzununa doğranılır,acısı çıxarılır.
2-3 ədəd orta ölçülü yetişmiş pomidor- yarıya və ya bir neçə hissəyə bölünür (balaca pomidorları doğrmamaq da olar)

Sous üçün:
1 fincan toyuq bulyonu
3 xörək qaşığı üzüm yaxud alma sirkəsi
3 xörək qaşığı tomat pastası
6 böyük diş sarımsaq (əzilmiş)
¼ çay qaşığı paprika( şirin, qırmızı toz bibər)
Duz,döyülmüş istiot

Hazırlanması:
Doğranmış toyuq qazana qoyulur, üzərinə çıxanadək su əlavə edilib, qaynamağa qoyulur. Təxminən 20 dəqiqə orta dərəcəli odda bişirilir. Bişərkən üzərindəki kəfi yığılır. Bişmiş toyuq sudan çıxarılır, bulyon süzülüb təmizlənir. Sous hazırlanır. Sous üçün lazım olan ərzaqlar kiçik bir qabda qarışdırılıb kənara qoyulur.
Sacın içinə 2 xörək qaşığı yağ qoyulur, orta dərəcəli odda əridirlir. Doğranmış kartoflar təxminən 3 dəqiqə olmaqla hər tərərfi yaxşıca qızardılır. Qızarmış kartoflar ayrı boşqaba yığılır. Bibərlər də sac da qovrulur. Ehtiyac olarsa yağ əlavə edilir. Qovrulmuş bibərlər də ayrıca boşqaba yığılır. Göbələklər təxminən bir dəqiqə, taxta qaşıqla ehmalca qarışdırılaraq bişirilir, ayrıca qaba yığılır. Badımdanlar tavaya tək-tək qoyularaq qızardılır. Lazım olduqca yağ əlavə edilir. Qızardılmış badımcanlar da ayrıca boşqaba yığılır.
Əgər sacdakı yağ yanıbsa, içində qara yanmış hissələr varsa bu yağ yığılır, yenidən yağ əlavə olunur. Toyuq sacın içinə yığılır, o üz-bu üz olmaqla bir dəfə çevrilərək yüngülcə qızardılır. Qızarmış toyuğun üzərinə sacın kənarlarından az-az sousdan tökülür. Bir dəfə çevirməklə toyuq sous qatılaşana və yağı çıxanadək bişirilir. Pomidorlar bişmiş toyuğun ətrafına düzülür, sacda yumşalanadək bir neçə dəqiqə bişirilir.
Əvvəlcədən ayrı-ayrılıqda sac içindəı bişmiş tərəvəzlər –badımcan,kartof,göbələk,bibər toyuğun ətrafına bəzək kimi qoyulur. Sacın üzəri örtülür və yüngülcə ocaqda istidilir. Qapaq açılır,yemək çörəklə birgə süfrəyə verilir. Əgər sacınız yoxdursa tərəvəz və toyuğu eyni qayda ilə geniş tavada bişirə bilərsiz. Bişmiş toyuq və tərəvəzi sonda böyük boşqaba düzərək süfrəyə verə bilərsiz. Yalnız pomidor sousla birgə ayrıca qabda təqdim olunmalıdır.

Nuş olsun!
Etiketlər: toyuq, yığılır, qoyulur, süfrəyə, əlavə, ölçülü, istifadə, bişirilir, yemək, içində, Sacın, dəqiqə, toyuğun, bölünür, ayrıca, qaşığı, boşqaba, yeməklər, olunur, birgə
BİZİ İZLƏYİN