• Quru badımcan və bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 21 546

Tarix : 13-06-2014, 20:27

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 8-10


Tərkibi:
10 ədəd quru badımcan
10 ədəd quru bibər
Bir yarım su stəkanı düyü
250 qram qıyma
2 xörək qaşığı soğan
8 diş sarmısaq
2 xörək qaşığı bibər tomatı
1 çay stəkanı duru yağ
1 çay qaşığı limon turşusu
Duz
İstiot

Hazırlanması:
Quru badımcanları yarım saat qaynadın. Ocaqdan götürmədən əvvəl bibərləri əlavə edib, yumşaldın. Dərin bir qaba qıyma, əvvəldən isladılmış düyü, duz, istiot, 1 xörək qaşığı bibər tomatı, incə doğranmış soğan və sarmısaqları əlavə edərək qarışdırın. Hazırlanmış olan vəsaiti bibər və badımcanlara doldurun. Badımcanları alta gələcək şəkildə qazana düzün. 1 litr suya 1 qaşıq bibər tomatı, duru yağ və 1 çay qaşığı limon turşusu əlavə edib, dolmaların üzərinə gəzdirin. Qazanın qapağını bağlayıb, 45 dəqiqə az odda bişirin.

Nuş olsun!
Etiketlər: bibər, qaşığı, əlavə, xörək, tomatı, limon, turşusu, soğan, yarım, qıyma, stəkanı, şəkildə, qazana, düzün, gələcək, badımcanlara, vəsaiti, qaşıq, doldurun, Badımcanları
BİZİ İZLƏYİN