• Tərəvəzlərin içində karp balığı resepti

Reseptin məlumatları Baxış sayı: 17 383

Tarix : 13-04-2016, 21:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1,5- 2 kq çəkidə karp
1-2 ədəd bolqar bibəri
1-2 ədəd soğan
300 qram göbələk
0,5 limon
duz, istiot

Hazırlanması:
Karp balığını yuyub, qurulayın. Balığın hər tərəfini duz və istiotla sürtün. Limonun yarısını nazik-nazik dilimləyin. Karp balığın bir tərəfində bıçaqla kəsiklər edərək, limon dilimlərini həmin o kəsiklərin içinə yerləşdirin. Qalan limonun şirəsini sıxıb, balığın üzərinə səpin.
Göbələkləri 20 dəqiqə ərzində suda bişirib, duzlayın. Sonra suyunu süzüb, göbələkləri isə xırda-xırda doğrayın.
Soğanı halqa formasında doğrayıb, 3 dəqiqə ərzində yağda qovurun. Sonra üzərinə xırda doğranılmış kök əlavə edib, 5 dəqiqə ərzində qızardın.
Qızardılmış soğan və kökün üstünə nazik dilimlərlə doğranılmış bibərləri əlavə edərək, yenə də 5 dəqiqə ərzində bişirməyə davam edin.
Bişirmək üçün xüsusi forma qabını və yaxud tavanı yağlayıb, içinə bişmiş tərəvəzləri və göbələkləri tökərək, üstündən balığı (limon dilimləri qoyulan tərəfi üzdə olmalıdır) yerləşdirin.
Balığın dərisini bitki yağı ilə yaxşıca sürtüb, 180-190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə ərzində bişirin.
Balığin bişməyi onun çəkisindən asılıdır.
Süfrəyə verərkən balığı göyərti və tərəvəzlərlə bəzəyin.

Nuş olsun!
Etiketlər: dəqiqə, ərzində, nazik, xırda, limon, içinə, balığın, edərək, balığı, Sonra, əlavə, doğranılmış, göbələkləri, üzərinə, yerləşdirin, Balığın, soğan, yaxud, göyərti, qabını
BİZİ İZLƏYİN