• Şabalıdlı çolpa qovurma resepti

Reseptin məlumatları Baxış sayı: 38 234

Tarix : 13-02-2016, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kənd çolpası – 1 ədəd
Kərə yağı – 150 q
Şabalıd – 250 q
Baş soğan – 4 ədəd
Zoğal qurusu – 100 q
Ərik qurusu – 100 q
Sarıkök
Duz, istiot

Hazırlanması:
1. Çolpa parçalara bölünür, yuyulur və kərə yağı əlavə edilmiş tavada qovrulur.
2. Çolpanın üzərinə samanvari doğranılmış soğan əlavə olunub yenidən qovrulur.
3. Ərik qurusu samanvari və nazik doğranılıb qovrulan çolpanın üzərinə əlavə edilir.
4. Zoğal qurusu bir az isti suda saxlandıqdan sonra qovurmaya əlavə olunur.
5. Şabalıd çərtilir, duzlu suda pörtlədilir, qabığı çıxarılır və qovrulan çolpanın üzərinə əlavə edilir, sarıkök, duz, istiot vurulub yağa düşəndən sonra odun üzərindən götürülür.

Nuş olsun!
Etiketlər: əlavə, qurusu, üzərinə, samanvari, sonra, çolpanın, qovrulur, qovrulan, istiot, Zoğal, Şabalıd, soğan, edilir, duzlu, olunur, qovurmaya, çərtilir, çıxarılır, düşəndən, üzərindən
BİZİ İZLƏYİN