• Toyuq kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 16 283

Tarix : 18-02-2016, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Toyuq filesi – 500 q
Çörək – 200 q
Süd – 200 q
Yumru düyü – 300 q
Kərə yağı – 100 q
Çerri pomidoru – 2 ədəd
Xiyar – 1 ədəd
Suxarı
Duz

Hazırlanması:
1. Toyuq filesi iri-iri doğranılır. Çörək süddə isladılır. Çörəyin südü sıxılıb toyuq əti ilə birlikdə ətçəkən maşınından keçirilir.
2. Farşın içinə bir az süd əlavə edilib əllə qarışdırılır.
3. Kotlet formasında düzəldilib suxarıya batırılır. 10-15 dəqiqə soyuducuda saxladıqdan sonra yağ tökülmüş tavada qızardılır.
4. Düyü qaynayan duzlu suda bişirilib süzülür.
5. Bişmiş düyü formayla boşqaba qoyulur, yanına kotletlər düzülür.
6. Çerri pomidoru və fal-fal doğranmış xiyarla bəzək verilir.

Nuş olsun!
Etiketlər: pomidoru, Çerri, Toyuq, filesi, Çörək, qızardılır, qaynayan, bişirilib, tavada, duzlu, sonra, saxladıqdan, süzülür, soyuducuda, tökülmüş, boşqaba, doğranmış, xiyarla, bəzək, verilir
BİZİ İZLƏYİN