• Kartoflu tabaka toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 17 056

Tarix : 20-02-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2 toyuq döş əti
1 şüşə meneral su
1 çay stəkanı süd
Duz
İstiot

Tabaka üçün:
2 yumurta
Suxarı
Un

İçlik üçün:
5 kartof
4 soğan
Təzə rozmarin
Duz
İstiot
Toz qırmızı istiot
Zeytun yağı

Hazırlanması:
Südü və mineral suyunu düzbucaqlı şüşə soba qabına tökürük. Duzunu və qara bibəri qoyuruq. Toyuq döşləri əvvəl ortadan ikiyə kəsirik, sonradan dilimlənir.Toyuq ətlərini südlü sousa batırırıq və içində gözlədirik.

Kartofları soyuruq və alma kəsiyi şəklində doğrayırıq. Böyük bir kasaya dilimlərə doğranmış kartofları qoyuruq. Üzərinə rozmarin yarpaqları səpirik. Duz, istiot, toz qırmızı istiot və zeytun yağı tökürük. Yaxşıca qarışdırırıq. Soba xonçasına yağlı kağız etdiririk. Üzərinə kartofları yayırıq. Soğanları soyub xalqa doğrayırıq və kartofları saldığımız kasaya qoyub qalan sousla qarışdırıb boşqaba qoyuruq. Əvvəldən isidilmiş 200 dərəcəlik sobada bişiririk. Toyuqları vaxt varsa, soyuducuda 3-4 saat saxlandıqdan sonra bir kasaya yumurtaları sındırıb çalırıq. Bir boşqaba suxarı unu bir qaba da un qoyuruq. Toyuq ətlərini sos çıxarıb əvvəlcə una, sonra yumurtaya, sonra da suxarı ununa tapırıq. İsinmiş duru yağda qızardırıq. Xovlu kağız üzərində görürük. Xidmət qabının kənarlarına kartofları düzürük. Ortasına da suxarılı toyuqları düzərək xidmət edirik.

Nuş olsun!
Etiketlər: qoyuruq, kartofları, istiot, Toyuq, sonra, kasaya, boşqaba, Üzərinə, tökürük, doğrayırıq, qırmızı, rozmarin, kağız, ətlərini, İstiot, suxarı, sobada, saxlandıqdan, Toyuqları, soyuducuda
BİZİ İZLƏYİN