• Boranı dolması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 157

Tarix : 16-02-2016, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 boranı
50 q kərə yağı
400 q qoyun əti
1 ç.q. üyüdülmüş zirə
1 baş qırmızı soğan
1 çimdik şəkər tozu
1 banka pomidor konservi
duz
1 dəstə cəfəri
zəfəran
1 dəstə keşniş

Hazırlanması:
Sobanı 200 dərəcə qızdırın. Ortaboy boranının qapağını kəsin, səliqəylə içinin tumlarını çıxarın. İçinə kərə yağı çəkin. "Qapağı"nı ağzına qoyub sobada 30 dəqiqə bişirin.

Qoyun ətinin quyruq hissələrini çıxarın, tərəfi 2 sm-lik kublara doğrayın. Soğanı yarımhalqa doğrayın.

Tavada yağı qızdırın, soğanı azca qovurun. Əti əlavə edib qarışdıraraq təxminən 10 dəqiqə bişirin. Zirə əlavə edin.

İki dəqiqə sonra pomidor konservini əlavə edin (şirəsi ilə birlikdə), duz və şəkər tozu qatın. Qarışdırıb, tavanın qapağını örtməklə 30 dəqiqə bişirin.

Ət bişib sousu qatılaşanda zəfəran, xırda doğranmış cəfəri və şüyüd əlavə edib qarışdırın, daha 7-8 dəqiqə bişirin.

Ocaqdan götürüb soyudun. Sonra sobada bişmiş boranının içinə bu əti səliqə ilə doldurun. "Qapağı"nı qoyun.

Sobanın temperaturunu 180 dərəcəyədək azaldın. İçi doldurulub ağzı yaxşı bağlanmış boranını sobada 20-25 dəqiqə bişirin.

Bişmiş boranını sobadan çıxarandan sonra azca soyudun. Süfrəyə həm bütöv, həm də doğrayaraq verə bilərsiniz.

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT

Boranı dolması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, əlavə, sobada, boranının, qızdırın, boranını, qapağını, zəfəran, doğrayın, soyudun, sonra, Qapağıı, çıxarın, pomidor, qoyun, dəstə, şəkər, cəfəri, bilərsiniz
BİZİ İZLƏYİN