• Qaymaqlı sousda balıq küftələri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 179

Tarix : 16-04-2016, 21:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Souslar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2

Tərkibi:
250 q balıq qiyməsi
1 baş soğan
3-4 x.q. narın suxarı
300 ml 30%-li qaymaq
50-100 q pendir
brokkoli (zövqə görə)
duz
ağ istiot

Hazırlanması:
Qiyməyə ət maşınından keçirilmiş, yaxud xırda doğranmış baş soğan, narın suxarı, duz-istiot qatıb yoğurun. Lazım gələrsə, suxarının qədərini artırın. Küftə tutun.
Brokkolini budaqlarına ayırın.
Küftələri xırda formalara, yaxud bir iri siniyə düzün, 200 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin.

Sous: kasada qaymaq, sürtgəcdən keçirilmiş pendir, duz-istiotu qarışdırın.

Formaları (yaxud formanı) sobadan çıxarın, küftələrin arasına brokkoli düzün.
Üzərinə sousu töküb 180-190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Qaymaqlı sousda balıq küftələri resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: yaxud, sobada, qızdırılmış, dəqiqə, keçirilmiş, xırda, bişirin, dərəcə, istiot, brokkoli, soğan, düzün, suxarı, narın, qaymaq, pendir, istiotu, sürtgəcdən, qarışdırın, kasada
BİZİ İZLƏYİN