• Ətirli qəlyanaltı yağı resepti

Reseptin məlumatları Baxış sayı: 13 588

Tarix : 9-01-2016, 20:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1. reyhanlı:
200 q kərə yağı
1 limonun sedrası
1 iri dəstə reyhan
1 diş sarımsaq
duz
istiot
2 x.q. zeytun yağı

2. çilili:
200 q kərə yağı
1,5 ç.q. zirə toxumu
1,5 ç.q. keşniş toxumu
2 çili
1 diş sarımsaq
2 x.q. zeytun yağı
1 dəstə keşniş (ya da cəfəri)
duz, istiot

Hazırlanması:
1. Reyhanlı yağ
Yumşaldılmış yağ, limon sedrası, reyhan yarpaqları, zeytun yağı, 1 çimdik duz və istiot, təmizlənmiş sarımsağı blenderdə eynicinsli kütlə alınanadək xırdalayın.

2. Çilili yağ
Quru tavada zirə və keşniş toxumunu 2 dəqiqə qızdırın. Soyudub həvəngdəstədə döyün.
Xırda doğranmış çili, göyərti, yumşaldılmış yağ, keşniş və zirə toxumu, zeytun yağı, sarımsaq, 1 çimdik duz və istiotu blenderdə eynicinsli kütlə alınanadək xırdalayın.

2 ayrı folqanın üzərinə yağları qoyun. Folqaların köməyi ilə kolbasa halına salın, kənarlarını bağlayın. Soyuducuda minimum 1 saat saxlayın.

Süfrəyə qızardılmış tostlarla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: zeytun, keşniş, istiot, sarımsaq, toxumu, alınanadək, blenderdə, çimdik, xırdalayın, kütlə, sedrası, dəstə, reyhan, eynicinsli, kolbasa, halına, üzərinə, folqanın, yumşaldılmış, istiotu
BİZİ İZLƏYİN