• Qaraciyər içlikli kartof kotletləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 070

Tarix : 23-02-2016, 19:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
kartof
yumurta
2 x.q. un
duz

iç:
mal ciyəri
1 soğan
bitki yağı
duz
qara istiot

əlavə:
narın suxarı
yumurta sarısı

Hazırlanması:
Kartofu yuyub təmizləyin, suda bişirin. Suyunu tam süzün, duz vurub püre hazırlayın.
Tam soyumuş püreyə 2 x.q. un və 1 çiy yumurta qatıb yaxşıca qarışdırın. Kütlə elastik olmalı, əldən rahat ayrılmalıdır.
Qaraciyəri bişirib blenderdə xırdalayın (ət maşınından çəkə bilərsiniz). Soğanı təmizləyib xırda doğrayın, bitki yağında yumşalınca bişirin. Qaraciyəri soğanla qarışdırıb duz, istiot vurun, 2 x.q. kartof püresi qatın (eynicinsli olması üçün), qarışdırın.
Kartoflu qarışıqdan götürüb əlinizdə yayın, ortasına iç qoyub kənarlarını bitişdirin.
Suxarıya batırın. Yaxud üzərinə sadəcə yumurta sarısı çəkə bilərsiniz. Bitki yağı ilə yağlanmış siniyə düzün.
180-200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin.
Süfrəyə müxtəlif souslarla, yaxud xama ilə verə bilərsin

Qaraciyər içlikli kartof kotletləri resepti - FOTO RESEPT

Qaraciyər içlikli kartof kotletləri resepti - FOTO RESEPT

Qaraciyər içlikli kartof kotletləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, bişirin, bilərsiniz, istiot, sarısı, bitki, kartof, Qaraciyəri, qarışdırın, yayın, ortasına, bitişdirin, Suxarıya, əlinizdə, kənarlarını, qoyub, qarışıqdan, qatın, püresi, vurun
BİZİ İZLƏYİN