• Alma sirkəsində marinə edilmiş skumbriya resepti

Reseptin məlumatları Baxış sayı: 15 449

Tarix : 11-04-2016, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
2 dondurulmuş skumbriya
soğan
250 ml su
6 mixək
5-6 dənəvər qara istiot
1/3 ç.q. üyüdülmüş ağ istiot
1 çimdik keşniş toxumu
2 ç.q. duz
0,5 ç.q. şəkər tozu
2 x.q. bitki yağı
2,5 x.q. alma sirkəsi

Hazırlanması:
Skumbriyanı təmizləyib doğrayın.

Suyu qaynadın, duz, şəkər tozu, mixək, dənəvər və üyüdülmüş istiot, keşniş toxumu, yağ əlavə edib vam odda bişirin, qaynara düşəndən 1 dəqiqə sonra sirkə töküb ocaqdan götürün. Soyudun.

Soğanı yarımhalqa doğrayın. Balığı soğanla birlikdə dərin qaba yığıb üzərinə soyumuş marinadı tökün. 1 sutka saxlayın.

Nuş olsun!
Etiketlər: istiot, doğrayın, keşniş, toxumu, şəkər, üyüdülmüş, dənəvər, mixək, Balığı, birlikdə, yarımhalqa, soğanla, götürün, Soğanı, Soyudun, ocaqdan, marinadı, sutka, saxlayın, olsun
BİZİ İZLƏYİN