• Havay aşı resepti

Reseptin məlumatları Baxış sayı: 14 766

Tarix : 20-01-2016, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
1 st. uzun düyü
100 q şirin bibər
100 q qarğıdalı konservi
100 q göy noxud konservi
100 q yaşıl maş lobyası
100 q yerkökü
1/4 ç.q. zəncəfil tozu
1/4 ç.q. muskat cevizi
2 ç.q. qara istiot (sevmirsinizsə, qədərini azaldın)
2 x.q. zeytun yağı
duz

Hazırlanması:
Düyünü duzlu suda bişirib süzün.

Yerkökünü kubik, bolqar bibərini xırda doğrayın. Dərin tavada yağı qızdırın, orta itilikli odda bütün tərəvəzi qovurun. Duz, muskat cevizi və zəncəfil vurun, yumşalanadək, təxminən 20 dəqiqə qarışdıraraq bişirin.

Tərəvəz qarışığı hazır olanda bişmiş düyünü və qara istiotu əlavə edin, bir neçə dəqiqə bişirin, arada qarışdırın.

Süfrəyə qaynar halda verin.

Nuş olsun!
Etiketlər: konservi, zəncəfil, dəqiqə, muskat, cevizi, bişirin, Tərəvəz, qarışdıraraq, təxminən, yumşalanadək, itilikli, qızdırın, bütün, tərəvəzi, vurun, qovurun, qarışığı, bişmiş, Süfrəyə, qarışdırın
BİZİ İZLƏYİN