• Sobada toyuqlu-göbələkli plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 891

Tarix : 17-02-2016, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6

Tərkibi:
4 toyuq filesi
800 q göbələk
400 q süzülmüş düyü
250-300 q "Qauda" pendiri
100 q mayonez
100 ml 220%-li qaymaq, yaxud xama
1 iri baş soğan
50 q kərə yağı
bitki yağı
forma = 35x24 sm

Hazırlanması:
Düyünü yuyub duzlu suda bişirin, süzün. Azacıq kərə yağı vurub qarışdırın (yapışmasın deyə).

Toyuq ətini 1x1 sm ölçüdə doğrayın, bitki yağında qızılı rəng alanadək qovurun. Duz, istiot vurun, qaymaq əlavə edib tavanın qapağını örtərək 2 dəqiqə bişirin. Ocaqdan götürün.

Göbələyi yuyub qurudun, doğrayın.

Soğanı xırda doğrayıb göbələklə birlikdə bitki yağında qovurun. Suyu çəkiləndə duz-istiot vurun, qaymağın qalanını əlavə edin. 2 dəqiqə qapağı örtülü halda bişirin, ocaqdan götürün.

Formanı kərə yağı ilə yağlayıb düyünü döşəyin, hamarlayın.

Toyuğu düzün, üzərinə mayonez çəkin.

Göbələyi döşəyin.

Pendiri sürtgəcin iri gözündən keçirib üzərinə səpin.
200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, üzəri qızaranadək bişirin.

Sobada toyuqlu-göbələkli plov resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: bişirin, bitki, dəqiqə, qovurun, əlavə, vurun, üzərinə, yuyub, istiot, qaymaq, Göbələyi, yağında, doğrayın, götürün, döşəyin, mayonez, halda, örtülü, qapağı, birlikdə
BİZİ İZLƏYİN