• Təzə pendirdən osetin piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 14 889

Tarix : 1-02-2016, 21:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
300 q un
2 st. qatıq
5 q şəkər tozu
30 q marqarin
5 q droj

iç:
300 q təzə pendir
30 q yağ
duz (zövqə görə)

Hazırlanması:
Unu ələyin. Ortasında çala açın, təzə qatıq, yumşaldılmış yağ, duz, soda, yaxud maya, şəkər tozu qatıb yumşaq xəmir yoğurun. Üzərini örtüb isti yerə qoyun. Əgər maya ilə yoğurmusunuzsa, 2-3 saat, sodayla yoğurmusunuzsa, 30-40 dəqiqə saxlayın.

Birgünlük pendiri sıxın, çəngəllə yaxşıca əzin, duz, yağ vurun.

Gəlmiş xəmiri hissələrə bölüb hər birini 0,5-1 sm qalınlıqda yayın. Ortasına iç qoyun, kənarından 3-4 sm saxlayaraq üzərinə yayın. Sonra lavaşın kənarlarını ehtiyatla ortaya çəkib birləşdirin, əlinizlə basıb hamarlayın.

O biri üzünə çevirib onu da əlinizlə basıb hamarlayın. Piroq yumru, eyni qalınlıqda olmalıdır. Yağlanıb qızdırılmış tavaya qoyun. Üzərində, ortasında bıçaqla deşik açın (bu, buxar toplanıb piroqu dağıtmaması üçün edilir). Sobada bişirin.

Süfrəyə üzərinə kərə yağı çəkib isti-isti verin. 4, yaxud 8 yerə də bölə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qoyun, əlinizlə, qalınlıqda, basıb, hamarlayın, yoğurmusunuzsa, yayın, yaxud, üzərinə, çəkib, şəkər, qatıq, Piroq, olmalıdır, yumru, çevirib, kənarlarını, ortaya, Yağlanıb, birləşdirin
BİZİ İZLƏYİN