• Xan xörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 18 139

Tarix : 20-03-2016, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
içlik:
150 q ət
1 ədəd baş soğan
1 ədəd şirin bibər
1 ədəd pomidor
1 diş sarımsaq
bitki yağı
cəfəri
duz, istiot

quzu içalatı üçün:
qaraciyər
2 ədəd kartof
şirin bibər
pomidor
2 ədəd yerkökü
quzunun iç pərdəsi

Hazırlanması:
Əvvəlcə əti çəkib içərisinə soğan və sarımsaq doğrayıb bir az qovurun. Pomidoru sürtgəcdən keçirib, xırda doğranmış bibər, duz, istiot vurub tam bişənə kimi qovurun.

Kənarda quzunun qaraciyərini tam ayrılmadan dilimləyin, hazır içliyi onun içərisinə qoyun, yerdə qalan içliyi isə bibərin və pomidorun içərisinə doldurun. Tavanın içərisinə quzunun iç pərdəsini salıb üzərinə ciyəri qoyun, kənarlarına içi doldurulmuş pomidoru, bibəri, yarıçiy bişmiş yerkökünü və qabıqlı kartofu çiy vəziyyətdə iki yerə bölüb, düzüb üzərinə yenə quzunun iç pərdəsini salın. Tavanın ağzını örtüb, sobada tam qızarana kimi bişirin.

Nuş olsun!
Etiketlər: quzunun, içərisinə, bibər, pərdəsini, içliyi, üzərinə, qovurun, istiot, Tavanın, qoyun, soğan, pomidor, şirin, sarımsaq, pomidoru, pomidorun, bibəri, doldurun, kənarlarına, yarıçiy
BİZİ İZLƏYİN