Tərkibi:
3 ədəd iri kartof,
1 yemək qaşığı kərə yağı,
1 çay stəkanı ilıq süd,
300 qram dana qiymə,
1 quru soğan,
3 uzunsov bibər,
2 yemək qaşığı maye yağ,
Duz,
İstiot,
100 qram holland pendiri.
Hazırlanması:
Əvvəlcə kartofları seçin.
Sonra seçdiyiniz kartofları təmiz-təmiz yuyun.
Çox da əzilməyəcəyi şəkildə suda bişirin.
Bişdikdən sonra kartofların kənarlarını və içlərinin qalın qalmasına çalışın.
Kartofun içini bir qaşığın köməyi ilə çıxardın.
Kartofun içərisindən çıxartdığınız kartofun soyumasına izin vermədən çəngəlin köməyi ilə əzin.
Əzdiyiniz kartof pürəsinin içinə kərə yağı və süd qataraq qarışdırın.
Digər tərəfdə isə qiyməni, soğanı, bibəri yağda qovurun.
İçini çıxartdığınız kartofların içini azca duzlayın.
Qovurduğunuz ərzağı kumpirin içinə doldurun.
İç kənarlarına holland pendiri yerləşdirin.
Əvvəlcədən hazırladığınız kartof pürəsini ya qaşıq yardımı ilə, ya da sıxma torbasına dolduraraq kumpirlərin üzərini örtə biləcək şəkildə əlavə edin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 20 dəqiqəyə yaxın bişirin.
Qiyməli kumpiri bişirdikdən sonra üzərini istəyiniz ədviyyatla bəzəyərək isti halda servis edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: kartof, sonra, kartofların, bişirin, şəkildə, təmiz, Kartofun, içini, üzərini, Əvvəlcədən, çıxartdığınız, köməyi, kartofları, içinə, yemək, pendiri, qaşığı, holland, pürəsini, qaşıq