• Qazanda kartoflu küftə resepti

Reseptin məlumatları Baxış sayı: 14 732

Tarix : 14-06-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd kartof,
16 ədəd az bişmiş küftə,
1 qırmızı bibər,
2 diş sarımsaq,
2 yemək qaşığı maye yağ,
1 yemək qaşığı tomat,
Duz,
Istiot,
2 stəkan isti su,

Hazırlanması:
Bibərləri yuyun.
Sonra iri-iri doğrayın.
Doğradığınız bibərləri maye yağda azca qovurun.
Sarımsaqları soyun və doğrayın.
Tomat və sarımsaqları da qovurduğunuz bibərlərin içinə əlavə edin. Kartofları soyun.
Soyduğunuz kartofları yuyub doğrayın.
Doğranmış kartofları və hazır küftələri də bibərlərin içinə əlavə edin. Bir az qovurduqdan sonra üzərinə isti su əlavə edin.
Qazanın qapağını örtüb xörəyi bişməyə qoyun.

Not:
Yemək qaynamağa başladıqdan sonra ocağın altını azaldın.
Xörəyi vam odda bişirməyə çalışın.
Xörək bişdikdən sonra istərsəniz üzərinə təzə cəfəri və yaxud da qurudulmuş cəfəri qoyaraq servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayın, sonra, soyun, bibərlərin, içinə, cəfəri, üzərinə, kartofları, qaşığı, yemək, başladıqdan, qaynamağa, ocağın, altını, azaldın, Yemək, qoyun, qapağını, Qazanın
BİZİ İZLƏYİN