• Şah plov resepti

Reseptin məlumatları Baxış sayı: 20 709

Tarix : 14-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Əgər Sizi adi plovla təəcübləndirmək mümkün deyilsə və Siz yeni təam dadmaq istəyirsinizsə, mütləq şax plovu dadın. Şah plov Azərbaycanın milli yeməyidir.

Tərkibi:
Qoyun əti 500 qr.
Düyü 800 qr.
Kişmiş 100 qr.
Qaysı 100 qr.
Albuxara 100 qr.
Soğan 3-4 əd.
Kərə yağı 300 qr.
Lavaş 5-6 əd.

Hazırlanması:
Şabalıdın qabıqlarını təmizləyirik. Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq. Doğranmış soğanı tavaya töküb, duz səpib, yağ əlavə edib, qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq. Əvvəlcədən suda bişmiş əti tavada yağ əlavə edib qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu, istiot səpib qarışdırırıq. Qovrulmuş soğan ilə əti qarışdırırıq.

Kişmiş, qaysı və turşunu tavaya yağ əlavə edib qovururuq. Qazmağı hazırlayırıq. Un ilə yağı ovuruq. Üstünə yumurtanı, xamanı və duzu əlavə edib qarışdırırıq. Xəmiri yoğururuq. Yumşaq xəmir olur. Xəmiri bir balaca və bir böyük hissələrə bölürük. Böyük kündəni yuxa kimi yayırıq. Qalınlığı yuxadan az qalın olsun. Sobaya yerləşə biləcək bir qazan götürürük. Onun içini yaxşı yağlayırıq. Yayılmış yuxanı qazanın içinə yerləşdiririk. Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü töküb bişiririk. Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın. Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük. Bişmiş düyüdən az tökürük və üzərinə şabalıd tökürük. 180-200 dərəcədə qabaqcadan qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra götürürük. Süfrəyə verilən plov üsdən kəsilir və qaşıqla götürülür.

Nuş olsun!
Etiketlər: əlavə, qovururuq, qarışdırırıq, tökürük, Qovrulmuş, üzərinə, səpib, tavaya, qoyuruq, tavada, töküb, sarıkök, olsun, Böyük, retrosham, Kişmiş, götürürük, Xəmiri, qazanda, iblock
BİZİ İZLƏYİN