• Kabsa resepti

Reseptin məlumatları Baxış sayı: 15 243

Tarix : 18-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Qoyun əti – 500 qram
Düyü – 4 fincan
Sürtgəcdən keçirilmiş kök – 1 fincan
Tomat pastası – 1 xörək qaşığı
Kiçik soğan – 1 ədəd
Sarımsaq – 1 xörək qaşığı (əzmək)
Ərinmiş yağ – 2,5 xörək qaşığı
Ədviyyat 1/8 xörək qaşığı (zərdəçal, qara istiot, istiot, darçın, üyüdülmüş keşniş toxumu, üyüdülmüş mixək, razyana toxumunun tozu, zəncəfil tozu)
Duz – 3 çay qaşığı

Hazırlanması:
Əvvəlcə soğanı ərinmiş yağda bir dəqiqəlik qızardın, sonra əti əlavə edin və duz-istiot əlavə edin.
Hər şey qəhvəyi rəngini alanadək qızarmalıdır. Sonra ətin üzərini 2 sm. örtəcək qədər su əlavə edin. Indi isə qapağı örtün və yarım saat ərzində bişirin (suyunu süzməyin).

Yarım saatdan sonra digər tavada əzilmiş sarımsağı bir neçə saniyəlik qızardın. Kök əlavə edin, bir dəqiqə bişirin və sonra üzərinə tomat pastası əlavə edib hər şeyi yaxşıca qarışdırın.
Sonra, ət, duz və ədviyyatları əlavə edin və yenə qarışdırın.
Indi, 4 fincan ət suyu əlavə edin, qapağı örtün və qaynamağını gözləyin. Qaynayan kimi içinə düyü əlavə edin və yenidən qarışdırın, qapağını örtün və zəif odda 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, xörək, bişirin, istiot, qarışdırın, sonra, fincan, örtün, üyüdülmüş, Sonra, qapağı, qızardın, dəqiqə, pastası, ərzində, Qaynayan, suyunu, süzməyin, içinə
BİZİ İZLƏYİN