Tərkibi:1 su stəkanı süd
1 su stəkanı su
2 çay qaşığı yaş pivə mayası
2 çay qaşığı şəkər
2 çay qaşığı duz
Yarım kiçik paket marqarin
Aldığı qədər un
Qızartma üçün iki stəkan günəbaxan və ya zeytun yağı
İçi hazırlamaq üçün:250 qr qiymə
2 soğan
Yarım dəstə mayadnoz
Duz və istiot
Hazırlanması:Şəkər, pivə mayası süddə əridilir.
Buna su, duz, ərimiş marqarin qoyulub qarışdırılır.
Aldığı qədər yumşaq bir xəmir yoğrulur.
Üzəri örtülü sərilib ilıq bir yerdə mayalandırılır.
Yumurta boyda kiçik hissələrə ayrılır. Ovuç içində açılıb hazırlanan qiyməli içliyi qoyulub örtülür.
Yumurta formasına salınır.
İsti yağda qızadtılıp kağız üzərinə sərilir. (yağı çəkməsi üçün.)
Qiyməli içlik belə hazırlanır: Kiçik doğranmış soğan və qiymə çox az yağ ilə qovrulur.
Ocaqdan alınıb qıyılmış cəfəri, və istiot qoyulub qarışdırılır.
Nuş olsun!
Etiketlər: qoyulub, qaşığı, Aldığı, marqarin, qədər, istiot, qiymə, soğan, Yumurta, mayası, stəkanı, kiçik, qarışdırılır, Yarım, salınır, qızadtılıp, yağda, hazırlanan, açılıb, içində