• Badımcanlı makaron resepti

Reseptin məlumatları Baxış sayı: 14 450

Tarix : 26-06-2016, 17:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 paket makaron
2 yemək qaşığı marqarin
Duz (damaq dadınıza görə)

Badımcanlı sous üçün:
Yarım kq kub kəsilmiş hinduşka əti
3 ədəd orta boy badımcan
3 ədəd orta boy pomidor
2 ədəd iri yaşıl bibər
1 ədəd orta boy soğan
2 yemək qaşığı bitki yağ
Duz, qara bibər, qırmızı bibər (damaq dadınıza görə)
Badımcanları qızartmaq üçün 2 stəkan bitki yağ

Hazırlanması:
Bir qazana makaronun miqdarına görə su, yağ və duz qoyub qaynadın.
Qaynayınca makaronları əlavə edin. Bir az qaynadıqdan sonra ocağın dərəcsini azaldın və suyu çəkildikdən sonra ocaqdan götürün.
Qaşıqla yaxşıca qarışdırın. Süfrəyə vermək üçün qaba qoyun və üzərinə badımcanlı sousu tökün.
Badımcanlı sous: badımcanları yuyub soyun. Xırad xırda doğrayıb duzlu suda 10 dəqiqə gözlədin.
Suyunu sıxın və qızdırılmış yağda yüngül qızardın. Kağız salfet qoyulmuş qaba tökün.

Nuş olsun!
Etiketlər: bibər, Badımcanlı, dadınıza, tökün, sonra, damaq, bitki, qaşığı, yemək, badımcanlı, üzərinə, sousu, badımcanları, yuyub, qoyun, qoyulmuş, olsun, yaxşıca, Qaşıqla, qarışdırın
BİZİ İZLƏYİN