• Ağ pendirli badımcan pane resepti

Reseptin məlumatları Baxış sayı: 14 024

Tarix : 25-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
3 ədəd badımcan
100 qram ağ pendir
2 ədəd yumurta
1 su stəkanı un
1 su stəkanı çörək qırıntıları
Duz. qara bibər

Qızartmaq üçün:
Zaytun yağı

Hazırlanması:
Badımcanlar dolmadakı kimi rəngarəng olaraq soyun.
1 sm qalınlığında halqalar halında dilimləyin.
Duzlu suya qoyub acısı çıxması üçün bir az gözlədin.
Duzlu sudan alıb bir süzgəcə qoyduğunuz badımcanları kağız dəsmal ilə qurulayın.
Üzərlərinə duz və istiot səpin. Ağ pendiri bir az əzin. Yumurtaları bir qabda yaxşıca çırpın.
Dilimlənmiş badımcanlardan bir dilim götürüb, üzərinə əzilmiş ağ pendiri çəkin və yenə badımcan dilimiyle üzərini bağlayın.
Bütün dilimlərə eyni əməliyyatı tətbiq edin.
Dilimləri əvvəl una, sonra çırpılmış yumurtaya, ən son galeta ununa batırın.
Qızdırılmış qızğın yağda pendirli badımcan dilimlərini, arxalı önlü qızardın.
Isti olaraq süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: badımcan, olaraq, Duzlu, stəkanı, pendiri, Bütün, bağlayın, üzərini, dilimlərə, əməliyyatı, Dilimləri, tətbiq, dilimiyle, çəkin, badımcanlardan, Dilimlənmiş, çırpın, dilim, götürüb, əzilmiş
BİZİ İZLƏYİN