• Toyuq budu dolması resepti

Reseptin məlumatları Baxış sayı: 13 802

Tarix : 29-06-2016, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 ədəd toyuq budu
1 xörək qaşığı xardal
3 ədəd göbələk,
1 ədəd kök
4 dilim kaşar pendiri
1 çay stəkanı zeytunyağı
1 su stəkanı su

Hazırlanması:
Toyuq budlarının sümüklərini ayırın.
Butları bıçaqla, ya da döyməclə əzərək nazildin.
Içlərinə xardal qoyun.
Göbələkləri ortadan iki hissəyə bölün.
Kökləri dilimləyin.
Toyuqların içinə qoyun.
Holland pendirlərini də üzərlərinə qoyun.
Rulet formasında sarın.
Açılmaması üçün çöpdən istifadə edin.
Zeytunyağını tavada qızdırın.
Toyuqları içinə atıb, qarışdıraraq qızardın.
Daha sonra qazana qoyun və toyuqları qızartdığınız yağı qazana tökün.
Suyu əlavə edin.
Batıq atəşdə bişirin.
Toyuqlar suyunu çəkincə qazanı ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: qoyun, stəkanı, qazana, xardal, içinə, Toyuqları, qızdırın, qarışdıraraq, qızardın, toyuq, sonra, tavada, Zeytunyağını, sarın, formasında, Açılmaması, çöpdən, istifadə, toyuqları, qızartdığınız
BİZİ İZLƏYİN