Tərkibi:1 kq pəlpətöyün
1/2 su stəkanı zeytun yağı
2 orta pomidor
2 orta soğan
1 qəhvə fincan düyü
1 qənd
duz
Hazırlanması:Pəlpətöyünü yuyub təmizləyin.
Soğanı incə incə doğrayın, pomidorların qabıqlarını soyub kub şəklində kəsin.
Soğanı 5-6 qaşıq zeytun yağında biraz qızardın.
Soyulmuş pomidorları əlavə edərək 3-4 dəqiqə daha qovurun.
Duz, qənd, pəlpətöyün və düyünü əlavə edin.
Çox az su ilə batıq atəşdə düyü yumşalana qədər bişirin.
Yeməyin suyuna davamlı nəzarət edin və düyü sunu çox çəksə üzərinə az isti su əlavə edin.
Boşqaba qoyaraq qalan zeytun yağını çiy olaraq yeməyin üzərində gəzdirin və ilıq süfrəyə təqdim edin.
Nuş olsun!
Etiketlər: zeytun, əlavə, Soğanı, pəlpətöyün, davamlı, suyuna, nəzarət, çəksə, Yeməyin, qədər, batıq, düyünü, atəşdə, yumşalana, üzərinə, bişirin, qoyaraq, gəzdirin, süfrəyə, təqdim