• Parçada bişirilmiş can əti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 668

Tarix : 30-10-2016, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
350 q can əti
2 fincan duz
1 x.q. qurudulmuş oreqano
təmiz pamboq parça
kulinar ipi

Hazırlanması:
Ətin üzərindəki pərdəni və piy qatını təmizləyin.

Kvadrat formada olan təmiz pambıq parçanı (mətbəx dəsmalı da olar) soyuq suda isladın, azca sıxın. Masanın üzərinə sərin. Üzərinə duz səpib bərabər yayın (kənarlardan 2-2,5 sm saxlayın).

Duzun üzərindən bərabər qaydada oreqano səpin.

Əti köndələn qoyub şəkildəki kimi parçanı üzərinə bükün.

Alınan rulonu konditer ipi ilə bağlayın (düyünlərin hamısı bir tərəfə düşsün).

Kömür qrilində kömürləri yandırın. Parçaya bükdüyünüz əti düyünlər olan tərəfi yuxarı olmaqla kömürün üzərinə qoyun.

(Qazla işləyən qrildə hazırlayacaqsınızsa, onu ən yüksək həddə qızdırın. Ət bişən zaman qril bağlı olmalıdır).

Əti 9 dəqiqə bişirin. Sonra maşanın köməyilə çevirib o biri üzünü 8 dəqiqə bişirin.

Kömürün içərisindən çıxarıb siniyə, yaxud metal qaba qoyun. 2 dəqiqə saxladıqdan sonra ipi kəsib əti çıxarın.

Ətin üzərini qaba fırça ilə təmizləyib duzdan arındırın. Əti təmiz boşqaba qoyub 2-3 yerə bölün, süfrəyə verin.

Parçada bişirilmiş can əti resepti - FOTO RESEPT

Nuş olsun!
BİZİ İZLƏYİN