• Düşes kartof resepti

Reseptin məlumatları Baxış sayı: 15 949

Tarix : 9-07-2014, 18:15

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Təkibi:
Kartof – 3 ədəd
Kərə yağı – 2 ş/q
Yumurta sarısı – 1 ədəd
Kakos – 1 ç/q
Duz
İstiot

Hazırlanması:
İlk öncə kartofları təmizləyib, xırda-xırda dördkünc hissələr bölün. Duzlu suda nəzarət etmək şərti ilə yarım saat və ya bir az da çox qaynadıb süzün. Sonra yenidən öz qabına və ya başqa qaba qoyub, 190 dərəcə isidilmiş sobada bir neçə dəqiqə yumşaldın. Sobadan kartofları götürüb, püre halına gətirmək üçün dərhal əzməyə başlayın. Siz bunu püre maşınında və ya adi çəngəllə də edə bilərsiniz. Ayrı bir qabda yumurtanın sarısını çalıb, püreyə əlavə edin. Daha sonar kərə yağını da əlavə edib, qarışdırmağa başlayın. Çox qarışmadan üzərinə duz, kakos və istiotu əlavə edin. Bir neçə dəfə qarışdırdıqdan sonar sıxma torbasını götürüb, qarışımı içinə doldurun və təxmini 5 sm hündürlüyündə beze formasında qəlibə sıxın. İstəyə görə üzərlərinə ehmalca yumurta sarısı da vura bilərsiniz. 200 dərəcə qızdırılmış sobada 5-6 dəqiqə, üzərləri qızarana qədər bişirib, süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, sobada, dəqiqə, başlayın, götürüb, kartofları, sarısı, bilərsiniz, sonar, dərəcə, qarışdırdıqdan, torbasını, sıxma, istiotu, qarışdırmağa, yağını, püreyə, qarışımı, qarışmadan
BİZİ İZLƏYİN