• Qabaqla toyuq kababı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 959

Tarix : 31-10-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q toyuq fiflesi
1-2 təzə qabaq
bitki yağı

marinad:
1 x.q. bitki yağı
1 x.q. soya sousu
1 ç.q. alma, yaxud üzüm sirkəsi (limon şirəsi də olar)
1 diş sarımsaq
0,5 ç. q. bal
ədviyyat (kəklikotu, oreqano, qara küncüt)
duz
istiot

Hazırlanması:
Toyuq filesini orta boy tikələrə doğrayın.
Qaba yığıb marinad üçün ərzağı üzərinə tökün, qarışdırıb 20-30 dəqiqə saxlayın. Bir neçə saat da saxlamaq olar, o zaman soyuducuya qoyun.
Qabaqları tərəvəz bıçağı ilə napnazik uzun dilimlərə doğrayın.
Duzlayıb 10 dəqiqə saxlayın.
Taxta şişlərə növbə ilə rulet kimi bükülmüş qabaqlarla toyuq tikələrini düzün.
Bitki yağını tavada qızdırın.
Şişləri içinə düzüb orta itilikli odda hər üzünü təxminən 4-5 dəqiqə bişirin.

Qabaqla toyuq kababı resepti - FOTO RESEPT

Qabaqla toyuq kababı resepti - FOTO RESEPT

Qabaqla toyuq kababı resepti - FOTO RESEPT

Qabaqla toyuq kababı resepti - FOTO RESEPT

Qabaqla toyuq kababı resepti - FOTO RESEPT

Qabaqla toyuq kababı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, toyuq, doğrayın, marinad, saxlayın, bitki, şişlərə, növbə, rulet, Taxta, tərəvəz, Duzlayıb, bükülmüş, bıçağı, dilimlərə, napnazik, tikələrini, düzüb, içinə, itilikli
BİZİ İZLƏYİN