• Çin fətiri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 993

Tarix : 26-12-2016, 23:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
225 q un
150 ml qaynar su
1 ç.q. küncüt yağı
4 göy soğan
bitki yağı (zövqə görə)

Hazırlanması:
Unu ləyənə ələyin, duz, küncüt yağı və qaynar su qatıb taxta qaşıqla sürətlə qarışdırın, un tam islanıb ovuntuq kimi xəmir alınacaq. Bir qədər soyudub əlinizlə yoğurun.

Kündələyib üzərinə dəsmal çəkin, 20-30 dəqiqə saxlayın.

Göy soğanı yuyub xırda doğrayın.

Masaya un səpib xəmiri 2-3 mm qalınlıqda düzbucaqlı yayın. Üzərinə bitki yağı çəkin (zövqə görə - günəbaxan, qarğıdalı, küncüt, acı sevirsinizsə, çili yağı və s.). Üzərinə doğranmış soğanı səpin.

Sıx rulet kimi bükün, 12 dilimə doğrayın.

Hər dilimin ucunu bərkidin, sonra əlinizlə yastılayıb, 10 sm diametrində yayın. Yaxşı olar ki, bu zaman çox un səpməyəsiniz, çünki qızardanda həmin un yanacaq.

Bitki yağını tavada orta itilikli odda qızdırın, fətirləri düzüb qızılı rəng alanadək hər iki üzünü qızardın.

Çin fətiri resepti - FOTO RESEPT

Çin fətiri resepti - FOTO RESEPT

Çin fətiri resepti - FOTO RESEPT

Çin fətiri resepti - FOTO RESEPT

Çin fətiri resepti - FOTO RESEPT

Çin fətiri resepti - FOTO RESEPT

Çin fətiri resepti - FOTO RESEPT

Çin fətiri resepti - FOTO RESEPT

Çin fətiri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: küncüt, qaynar, əlinizlə, doğrayın, yayın, soğanı, Üzərinə, zövqə, çəkin, bitki, sonra, yastılayıb, diametrində, bərkidin, dilimə, rulet, səpin, bükün, Yaxşı, dilimin
BİZİ İZLƏYİN