Tərkibi:xəmir:
320 q un
160 q yağ
1 yumurta
1 yumurtanın sarısı
iç:
300 q pendir
500 ml süd
50 q un
50 q kərə yağı
25 sm diametrli forma
Hazırlanması:Unu ələyin. Yumurta, bir yumurtanın sarısı və yumşaq yağı əlavə edib əlüstü xəmir yoğurun.
Pendiri xırda kubik doğrayın. Bu piroqda müxtəlif pendirlərin qarışığından də istifadə edə bilərsiniz (qrüyer, pekorino, parmezan və s.).
Kərə yağını qazana qoyub vam odda əridin. Un qatıb yaxşıca qarışdırın. Süd əlavə edərək qarışdırın. Qaynara düşəndə doğradığınız pendiri əlavə edin. Daim qarışdıraraq qatı, eynicinsli hala gələnədək bişirin.
Xəmirdən bir qədərini bəzək üçün saxlayın. Qalanını yayıb kərə yağı çəkilmiş formaya döşəyin. Kənarlarını qaldırın.
Bir qədər soyumuş içi əlavə edib hamarlayın. Xəmirin qalanını yayıb şəridlər kəsin və piroqun üzərini bəzəyin. Kənarlarına xəmirdən şərid çəkməyi də unutmayın (iç axmasın deyə).
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: əlavə, xəmir, yayıb, qarışdırın, sarısı, yumurtanın, bişirin, döşəyin, Kənarlarını, qədər, hamarlayın, soyumuş, formaya, qaldırın, Xəmirin, qədərini, Xəmirdən, bəzək, saxlayın, Qalanını