• Lobya kotletləri resepti

Reseptin məlumatları Baxış sayı: 12 665

Tarix : 31-07-2016, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
250 q ağ bişmiş lobya
hisə verilmiş kolbasa (zövqə görə)
0,5 soğan
1/4 bolqar bibəri
1 sm zəncəfil kökü
2-3 x.q. xama
ədviyyat, duz
1 st. un
1 x.q. karri
1 x.q. şirin paprika
4 x.q. bitki yağı

Hazırlanması:
Lobyanı əvvəlcədən isladıb sonra bişirin. Püre halına salın.

Soğanı, zəncəfili, bibəri, kolbasanı xırda doğrayın. Lobya ilə qarışdırın. Çox quru alınarsa, bir qədər xama əlavə edin (2-3 qaşıq).

Un, karri və şirin paprikanı qarışdırın. Bunun 2 qaşığını lobyaya əlavə edib qarışdırın. Duz, ədviyyat (məsələn, çili, cəfəri, reyhan qurusu, xardal, sarımsaq, sarıkök) vurun.

İri kotletlər tutub unla karri qarışığına batırın, yastılayın. Bitki yağında hər iki üzünü qızardın.

Süfrəyə lavaş və tərəvəzlə (pomidor-xiyar) verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: karri, qarışdırın, ədviyyat, bibəri, şirin, əlavə, kotletlər, xardal, sarımsaq, vurun, sarıkök, qurusu, reyhan, qaşığını, lobyaya, məsələn, cəfəri, tutub, yastılayın, tərəvəzlə
BİZİ İZLƏYİN