• Göbələk və pendirlə ravioli resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 501

Tarix : 31-10-2016, 16:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
250 q un
2 yumurta
50 ml duru yağ
1 ç.q. duz
1 ç.q sarıkök (rəng üçün)

:
200 q göbələk
100 q soğan
60 q pendir
1 yumurtanın ağı

Hazırlanması:
Xəmir: un, duz, sarıkökü qarışdırın, ortasında çala açın, 2 yumurta, yağ əlavə edib, unu kənarlardan ortaya eləməklə xəmir yoğurun. Elastik xəmir alınanadək yoğurun. Əgər ələ çox yapışarsa, un, əgər bərk olarsa, yağ əlavə edin.

Xəmiri 2 yerə bölün. Qida plyonkasına büküb soyuducuya qoyun.

İçi hazırlayın: göbələklə soğanı qovurun. Pendiri doğrayın. Hamısını blenderdə xırdalayın.

Masanın üzərinə un səpib xəmiri çox nazik yayın. Xəmiri uzunasına ortadan qatlayın, orta xəttini azca basıb bəlirləyin, yenidən açın (bir hissəsinə iç qoyulub, digəri üzərinə qapanacaq).

Yumurtanın ağını sarısından ayırın. Xəmirin bir hissəsinə içi paylaşdırın. Xəmirin açıq qalan yerlərinə yumurta ağı çəkin. Xəmirin ikinci yarısını üzərinə örtün. Barmaqlarınızla basın. Bıçaqla doğrayın.

İkinci kündəni də eyni qayda ilə hazırlayın.

Qaynayan duzlu suya salıb təxminən 6 dəqiqə bişirin.

Üzəri üçün sous da hazırlaya bilərsiniz: kərə yağında ispanağı qovurun, sarımsaq, sidr qozası (dolmalıq fıstıq) əlavə edib bir qədər də qovurun, qaymaq əlavə edin, qaynara düşəndə götürün. Raviolinin üzərinə qoyun.

Göbələk və pendirlə ravioli resepti  - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, qovurun, Xəmirin, yumurta, yoğurun, Xəmiri, doğrayın, hissəsinə, xəmir, hazırlayın, qoyun, yarısını, ikinci, çəkin, örtün, qaynara, Bıçaqla, basın, Barmaqlarınızla
BİZİ İZLƏYİN