• Qiyməli top börək resepti

Reseptin məlumatları Baxış sayı: 13 604

Tarix : 2-08-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Börəklər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q qiymə
2 yuxa
2 soğan
2 x.q. kərə yağı
1 ç.q. şəkər tozu
1 x.q. küncüt
1 x.q. çörəkotu
5 x.q. süd
5 x.q. bitki yağı
duz
qara istiot
zirə

Hazırlanması:
Xırda doğranmış soğanı kərə yağında qovurun. Qiymə və şəkər tozu əlavə edin, bişənə yaxın duz, istiot və zirə qatıb ocaqdan götürün, soyudun.
Yuvarlaq dərin qabin içini yağlayın. Küncütlə çörəkotu səpin. Yuxalardan birini içinə sərin. Kənarlarını qopardın. Bir qabda südlə kərə yağını qarışdırın, yuxanın üzərinə çəkin. Qiyməli içdən 2-3 x.q. yuxanın üzərinə qoyun. Yenidən yuxa qoyub, üzərinə südlü qarışıq çəkin və iç qoyun - beləcə ərzaq bitənədək lay-lay düzün. Ən üstdə yuxa olmalıdır. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bir qədər soyuduqdan sonra boşqaba tərs çevirin. Doğrayın.

Nuş olsun!
Etiketlər: üzərinə, istiot, qoyun, yuxanın, çəkin, şəkər, çörəkotu, südlü, qarışıq, beləcə, ərzaq, qoyub, yağını, qarışdırın, bitənədək, Qiyməli, içdən, Yenidən, olmalıdır, soyuduqdan
BİZİ İZLƏYİN