• Tuxum-barak resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 259

Tarix : 29-10-2016, 22:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
un
su
duz
yumurta
göyərti (göy soğan və yaxud digər sevdiyiniz)
ədviyyat
duz
istiot

Hazırlanması:
Un, su, duz və yumurtadan adi xəngəl xəmiri yoğurun. Sonra uzun oxlovla nazik yayın.

Xəmiri oxlova dolayın. Sonra isə qarmon kimi üst-üstə qatlayın.

Sonra bunu bərabər endə şəridlərə doğrayın.

Şəridləri də üst-üstə qoyub dördbucaqlılar kəsin (ölçülərini elə ayarlayın ki, ikiyə qatlayanda kvadrat alınsın)

Adi qaydada yayılmış lavaşı bıçaqla da doğraya bilərsiniz, amma yuxarıda göstərilən üsul ən asanıdır.
Dördkünc xəmir parçalarını isə iki yanaşı tərəfini arasını azacıq isladaraq birləşdirmək lazımdır, bir növ ağzıacıq zərf alınır. Amma tərəfləri yaxşı yapışdırmaq lazımdır ki, duru iç axıb tökülməsin.
İç. Hər yumurtaya 1 x.q. bitki yağı və 1 x.q. süd götürün, duz-istiot da vurub çalın. İstədiyiniz göyərtini - ispanaqdan tutmuş göy soğanadək - xırda doğrayıb əlavə edə bilərsiniz. Bir qədər də sarıkök əlavə edib qarışdırın.

"Zərfləri" hazırladığınız müddətdə qazanda su qaynadın. Duz vurun. "Zərfləri" də, içi də ocağa yaxın qoyun.

"Zərf"in içinə bir az iç tökün, barmağınızı yumurta qarışığına batıraraq kənarlarına çəkin və bir-birinə bitişdirin.

Dərhal da qaynayan suya salın. Əvvəlcədən iç doldurub yanaşı düzmək, sonra qazana salmaq olmayacaq - iç kənarları açıb axıb gedəcək. Ona görə də cəld işləmək lazımdır. "Zərf" hazır olan kimi qaynayan suya salıb bişirin. Qaynar suya düşəndə isə axıb getməyi qeyri-mümkündür, çünki yumurta dərhal bişir.
Bişdikdən sonra bir-birinə yapışmasın və daha dadlı olsun deyə süzüb boşqaba çəkdiyinizdə üzərinə əridilmiş kərə yağı gəzdirin, qızardılmış çörək ovuntuğu səpin.

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Sonra, yumurta, lazımdır, Zərfləri, birinə, istiot, yanaşı, qaynayan, bilərsiniz, əlavə, sonra, qarışığına, kənarlarına, batıraraq, Əvvəlcədən, barmağınızı, Dərhal, bitişdirin, salın, çəkin
BİZİ İZLƏYİN