• Göbələkli kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 17 814

Tarix : 2-07-2014, 23:05

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi
350 qr qıyma
1 ədəd quru soğan
1 diş sarımsaq
Bir iki dilim bayat çörək içi
4-5 budaq cəfəri
1 çay qaşığı qara bibər, kəklik və pul bibər
Duz
1 kq göbələk
2 ədəd pomidor
2yemek qaşığı tomat pastası
Duru yağ

Hazırlanması
Soğanı rəndələyin sarımsaq və cəfəri ləridə incə incə doğrayın.
Bütün ədviyyatlarınızı və çörək içinizidə əlavə edin.
Bütün vəsaiti yaxşıca yoğurun. Mətbəx robotunuz varsa yoğurmaq yerinə bütün ərzaqları robotda yaxşıca qarışdırın və kotletlərinizə istədiyiniz şəkli verin.
Göbələkləri gözəlcə təmizləyin və yuyun.
İncə incə doğradığınız göbələkləri qazana alın və yaxşıca qovurun.
Göbələklər yüngülcə su saldığından pomidorları və tomatıda əlavə edin və birazda o şəkildə bişirin.
Suyunu əlavə edin kotletlərinizidə əlavə etdikdən sonra bişməyə buraxın.
Istəsəniz göbələkli qarışığı bişirib, ayrı biryerdə kotleti qızardıb sonra göbələkli qarışımı kotletlərlə qarışdıra bilərsiniz. Qızardınca çox ləzzətli olur

Nuş olsun!
Etiketlər: əlavə, yaxşıca, qaşığı, bibər, göbələkli, cəfəri, Bütün, sarımsaq, çörək, sonra, şəkildə, birazda, Suyunu, tomatıda, bişirin, Göbələklər, göbələkləri, doğradığınız, yuyun, təmizləyin
BİZİ İZLƏYİN