• Tərəvəz və toyuq əti ilə maffin resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 402

Tarix : 4-08-2016, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 st. un
4 yumurta
1 çimdik duz

:
toyuq əti
yerkökü
bibər
soğan
qarğıdalı, göy noxud konservi (zövqə görə)

Hazırlanması:
Yumurtaları duz və unla çalın.

Toyuq ətini suda bişirin. Xırda doğrayın. Yerkökü və bibəri də xırdalayın. Toyuq əti, bibər, yerkökü, qarğıdalı və göy noxud konservləri, xırda doğranmış soğan, duz-istiot vurub qarışdırın. Göyərti də əlavə edə bilərsiniz (ümumiyyətlə, sevdiyiniz başqa tərəvəzlərdən də istifadə edə bilərsiniz).

Formaları bitki yağı ilə yağlayın. Dibinə azca xəmir tökün. Bir qədər iç qoyub üzərinə yenə xəmir tökün.

200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Səhər yeməyi, yaxud uşaqların məktəb naharı üçün əla seçimdir.

Tərəvəz və toyuq əti ilə maffin resepti - FOTO RESEPT

Tərəvəz və toyuq əti ilə maffin resepti - FOTO RESEPT

Tərəvəz və toyuq əti ilə maffin resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: tökün, bilərsiniz, xəmir, bişirin, Toyuq, noxud, qarğıdalı, yerkökü, bibər, soğan, qoyub, qədər, Dibinə, Formaları, tərəvəzlərdən, istifadə, üzərinə, bitki, yağlayın, dəqiqə
BİZİ İZLƏYİN