• Lavaşla pirojkilər resepti

Reseptin məlumatları Baxış sayı: 15 235

Tarix : 6-08-2016, 09:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
4 lavaş
300 q kəsmik
1 ç.q. xardal
1 dəstə şüyüd
130 q pendir
duz
1 yumurtanın sarısı
1 ç.q. su
bitki yağı

Hazırlanması:
Kəsmiyi xardal və duzla yaxşıca qarışdırın.
Şüyüdü yuyub xırda doğrayın.
Pendiri sürtgəcin iri gözündən keçirin. Kəsmik, şüyüd və pendiri qarışdırın.
Hər lavaşı eninə təxminən 5 bərabər hissəyə bölün. Bir şəridin bir tərəfinə iç qoyub üçbucaq formasında bükün (üçqulaq paxlava kimi).
Digər lavaşları da eyni qaydada hazırlayın.
Yumurta sarısına 1 ç.q. su əlavə edib çəngəllə çalın.
Hər pirojkinin iki üzünə də yumurta sarısı çəkin.
Bitki yağında hər iki üzünü qızardın.

Nuş olsun!
Etiketlər: qarışdırın, şüyüd, sarısı, xardal, tərəfinə, Digər, lavaşları, qaydada, hazırlayın, paxlava, üçqulaq, üçbucaq, formasında, Yumurta, bükün, qoyub, çəngəllə, Bitki, çəkin, yağında
BİZİ İZLƏYİN